Prezident Liviya Barışıq Hökumətinin Başçısını təbrik edib

Prezident Liviya Barışıq Hökumətinin Başçısını təbrik edib
  16 Fevral 2018    Oxunub:1522
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin Başçısı Faiz Mustafa Al-Sərraca təbrik məktubu göndərib.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir: “Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və tərəqqi diləyirəm”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Liviya  





Xəbər lenti