Baş prokuror İmişlidə vətəndaşları qəbul edib
Qəbuldan əvvəl Baş prokuror və İmişli rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı müraciət edən 27 vətəndaşın hər biri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, həmçinin müraciətlərdə bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
AzVision.az
Teqlər: Baş-Prokurorluq Zakir-Qaralov