Əfv Komissiyasından cavab: Fədayə Laçın əfv oluna bilməz
Komissiya üzvü AzVision.az-a bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Əfv Komissiyasının nizamnaməsinə əsasən Fədayə Laçın əfv edilə bilməz.
Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Laçın əfv olunması üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Əfv-Komissiyası Fədayə-Laçın Həbs