Bayılda təhlükə sovuşmayıb - Hər an sürüşmə ola bilər
Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralov bildirib ki, ərazidə aparılan geoloji işlər, laborator müayinələr və digər görülən işlərin nəticələri barədə aralıq hesabat hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib: “Onlar araşdırırlar və ərazidə hansı işlərin görülməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq”.
Qeyd edək ki, ötən həftə Bayılda baş verən sürüşmə nəticəsində 4 ev dağılıb, 100-dən çox ev təhlükəli zonaya aid edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Bayıl Sürüşmə ETSN Təhlükə