İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiqləndi
Komissiya qərara alıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: MSK İlham-Əliyev