Şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum azaldılır
15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsaiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda bu şəxslər üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə isə 35 manatdır.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Şəxsiyyət-Vəsiqəsi Rüsum