Prezident Britaniyanın ticarət elçisini qəbul edib - Yenilənib
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulandı, layihə ilə bağlı Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edildi.
AzVision.az
Teqlər: İlham-Əliyev Böyük-Britaniya