Bu ildən İlahiyyat İnstitutuna qəbul aparılacaq
Bu barədə AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.
"İlkin olaraq İlahiyyat İnstitutunun Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin bazasında yaradılması nəzərdə tutulur. İnstitutunun geniş imkanları yaradılacaq, yataqxanası tikiləcək. O cümlədən, dövlət hesabına maliyyələşdirilməsi, dünya səviyyəli institunun yaradılması nəzərdə tutulur. Prezidentin sərəncamına əsasən, yaxın iki ay ərzində bütün texniki məsələlər həll ediləcək. Çalışacağıq ki, bu il İlahiyyat İnstitununa qəbul həyata keçirilsin".
Aytən Zəhra
AzVision.az
Teqlər: Dini-Komitə İlahiyyat-İnstitutu