Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilib

Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilib
  30 Sentyabr 2013    Oxunub:1160
Bəzi rayonlarda yeni tibb müəssisələri istifadəyə verilib.
Ölkəmizin səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır.Bu günlərdə “Səhiyyə Sektorunda İslahatlar Layihəsi” çərçivəsində 4 rayonda inşa edilən 10 tibb müəssisəsi əhalinin istifadəsinə verilib.

Belə ki, Şəkidə Aşağı Göynük kənd xəstəxanasının və Baş Göynük kənd həkim məntəqəsinin, Qaxda Əlibəyli kənd xəstəxanasının və Güllük kənd həkim məntəqəsinin, İsmayıllıda Lahıc qəsəbə xəstəxanasının, İvanovka kənd xəstəxanasının, Topçu kənd həkim məntəqəsinin və Tircan kənd həkim məntəqəsinin, Ağdaşda Ərəbocaq kənd həkim məntəqəsinin və Qolqəti kənd həkim məntəqəsinin açılışları olub.

Ölkəmizdə açılan bütün tibb ocaqları kimi bu müəssisələrdə də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün lazımı şərait yaradılıb. Yüksək standartlara cavab verən müasir tibb ocaqlarının istifadəyə verilməsi ölkəmizdə səhiyyə sahəsinə, insanların sağlamlığına diqqət və qayğının bariz nümunəsidir.


Teqlər:





Xəbər lenti