Həmsədrlər Bakı və İrəvana çağırış etdi - Yenilənib
Vurğulanıb ki, həmsədrlər Bakı və İrəvanda xarici işlər nazirləri ilə görüşlər keçirib, fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcərdə müəyyən yerləri ziyarət ediblər.
Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa, atəşkəs rejiminə əməl etməyə, təhrikedici bəyanatlar və təxribat xarakterli hərəkətlər etməməyə çağırıb.
Bəyanatda 2017-ci ilin oktyabr ayında Cenevrə sammitində, Vyana və Sankt-Peterburqda baş tutan görüşlərdə qoyulmuş bütün öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
AzVision.az
Teqlər: ATƏT Həmsədr Bakı İrəvan