Namizəd deputatlar niyə parlamentə gəlmədi?

Namizəd deputatlar niyə parlamentə gəlmədi?
  30 Sentyabr 2013    Oxunub:998
Milli Məclisin bu gün keçirilən payız sessiyasının iclasında prezidentliyə namizəd millət vəkilləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Zahid Oruc, İlyas İsmayılov iştirak etməyiblər. AzVision.az adıçəkilən deputatlarla əlaqə saxlayaraq, iclasa gəlməmələrinin səbəbini öyrənib.

Millət vəkili Zahid Oruc saytımıza açıqlamasında bildirib ki, seçki ilə bağlı işləri çox olduğundan parlamentin plenar iclasına qatıla bilməyib:`Hər bir günümüz siyasi cəhətdən yüklüdür. Əvvəlcədən qrafik tərtib etmişik. Seçki ilə bağlı seçicilərmizlə görüşlərimiz olur. Görüşlərimiz oktyabr ayının 7-nə kimi davam edəcək. Seçki işləri ilə bağlı qatıla bilmədim, ümid edirəm ki, burada heç bir problem axtarılmaz`.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, prezidentliyə namizəd Fərəc Quliyev də seçki ilə bağlı olaraq, iclasa gəlməyib :`Seçkilərlə bağlı olaraq başım qarışıq olur. Dünən Beyləqan rayonunda seçicilərimlə görüşdüm. Bu gün də başqa işim var`.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)nın sədri millət vəkili Qüdrət Həsənquliyev isə hazırda Bakıda deyil. Sabirabada seçicilərlə görüşə getdiyi üçün iclasa gəlməyib.

Ədalət Partiyasınıən sədri,millət vəkili İlyas İsmayılovla əlaqə saxlasaq da, danışmaq cəhdimiz baş tutmadı.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti