Deputat: “AXC-Müsavat hakimiyyəti müstəqilliyə ləkə idi”
Bunu
A.Mirzəzadə qeyd edib ki, AXC-müsavat hakimiyyəti dövründə mətbuata qarşı rəsmi hakimiyyət tərəfindən çox sərt münasibət vardı: “Jurnalistlərin döyülməsi, onlara qarşı hökumət üzvləri və rəsmilər tərəfindən xuliqanlıq hərəkətlərinin törədilməsi bu qəbildən olan hadisələr idi. O dövrdə Azərbaycan cəmiyyətində zorakılıq, qanunazidd hərəkətlər baş alıb gedirdi. Əgər hökumətin üzvü, dövlət televiziyasında canlı gedən verilişə daxil olub, iştirakçıları təhqir edirsə, cəmiyyətə hökumətinin iç üzünü göstərirsə, burada demokratiyadan danışmağa dəyməz. Eyni zamanda hakimiyyətlərinin son dövrlərində Gəncə əhalisini bombardıman etmək təşəbbüsü də o dövr hakimiyyətinin liderləri tərəfindən səsləndirilib”.
A.Mirzəzadə hesab edir ki, əgər 1993-cü il 15 iyun tarixi və ulu öndər Heydər Əliyevin hakimiyytə gəlişi olmasaydı, vəziyyət daha da ağırlaşacaqdı.
“Hesab edirəm ki, 1993-cü ilə qədər Azərbaycanda demokratiyanın olmaması təsadüfi insanların hakimiyyətə gələrək müstəqilliyə ləkə gətirməsi ilə bağlıdır. Onların demokratiyadan danışmağa haqları yoxdur. Həm AXC əsasında yaranan AXCP-də, həm də Müsavatda partiya rəhbərliyi opponentləri qovmaqla məşğuldur. Bu gün hər iki partiyanın daxilində demokratiyadan, fərqli fikirə dözümlülükdən danışmağa dəyməz. Bu baxımdan özlərinə demokratik imici sərgiləmək cəmiyyət tərəfindən istehza ilə qarşılanır”, - deyə A.Mirzəzadə vurğulayıb.
Qeyd edək ki, AXC-Müsavat cütlüyünün bəzi üzvləri hakimiyyətlərinin "demokratik" olduğunu iddia edib.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: YAP Aydın-Mirzəzadə