“YAP-ın qurultayında tarixi qərar qəbul olundu” - Naqif Həmzəyev
Dünyanın siyasi çəkisində nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda Prezident cənab İlham Əliyevin adı ətrafında dünya miqyasında qəbul edilən bir siyasətci imicinin formalaşması da artıq sübuta ehtiyacı olmayan bir aksiomdur.
“Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi, cənab Prezidentin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər Gəncə sakinlərində də böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir. Onlar Ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.
Təkcə onu qeyd etmək yerinə düşər ki, ölkə başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı imzaladığınız fərman və sərəncamlar Nizami yurdunda sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, 2017-ci ildə Gəncə şəhərinə ümumi dəyəri 338 milyon 700 min manat investisiya qoyulub. 2018-ci ildə isə bu rəqəmin 1,8 dəfə artması gözlənilir. Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən 14 sahibkarlıq subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə 183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac olunub və özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 81,0 faizə çatıb.
Gəncəlilər yaxşı bilirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində aparılan işlər, demokratik dəyərlərin cəmiyyətdə öz yerini möhkəmləndirməsi, respublikamızın mədəni yüksəlişi də Prezident cənab İlham Əliyevin ölkəyə layiqli rəhbərliyinin nümunəsidir.
Ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Bu gün gündəmin əsas mövzusu seçki məsələsidir. Tam əminliklə söyləmək olar ki, Azərbaycan xalqı 11 aprel tarixində - seçki günündə Prezident İlham Əliyevi dəstəkləyəcək və öz səsini həmişə xalqının yanında olan liderinə səs verəcək”-deyə, N.Həmzəyev qeyd edib.
AzVision.az
Teqlər: Gəncə YAP İlham-Əliyev