Təhqirə qarşı qanun layihəsi təklif olundu

Təhqirə qarşı qanun layihəsi təklif olundu
  30 Sentyabr 2013    Oxunub:962
Millət vəkili Gövhər Baxşəliyeva Milli Məclisin bu gün keçirilən ilk iclasında qanun layihəsi təklif edib.

AzVision.az xəbər verir ki, o bildirib ki, Azərbaycan xalqının taleyində müstəsna əməyi olan, insanlar təhqir olunmasın və bununla bağlı qanun layihəsi qəbul edilsin:

“Məsələn, Türkiyədə Atatürkü təhqir etmək olmaz, onun haqqında mənfi fikir söyləyəni məsuliyyətə cəlb edirlər. Bu qanun nə üçün lazımdır? Ötən aylarda biz şahidi olduq ki, Şah İsmayıl Xətai bəzi müəlliflər tərəfindən təhrif olunur. İrandan gələn Güntay Güncalp idi deyəsən adı Şah İsmayıl Xətai haqqında Azərbaycanda təhrif olunmuş kitab çap edir. Onu vəhşi sərkərdə kimi göstərir.İndi də İskəndər Palanın kitabında Şah İsmayıl Xətai ilə bağlı cəfəngiyyatlarla dolu yazılar var. Biz bunu Türkiyədə qadağan edə bilmərik. Amma ölkəmizə bu kitabların çapını qadağan etməliyik. Eləcə də Cümhuriyyətin yaradıcılarını təhqir edən əsərlər yazılır. Bunun qarşısını almalıyıq. O cümlədən, fəaliyyətdə olan prezidenti təhqir etmək məsələsini də bura daxil etmək olar. Qeyd edilə bilər ki, prezidenti təhqir etmək olmaz”.



Sevinc


Teqlər:  





Xəbər lenti