İrandan 320 min nəfər Azərbaycana gəlib
Səfir diqqətə çatdırıb ki, dünən bununla bağlı ilk sınaq keçirilib: "Bizim bir yarımçıq işimiz qalıb, o da Rəşt Astara dəmiryolu layihəsi üzrədir. İran-Azərbaycan müştərək avtomobil zavodunda da işlər yekunlaşmaq üzrədir. Almaniya və İrandan avadanlıqlar Azərbaycana gətirilib. Hazırda Neftçalada yerləşən zavodda İran və Azərbaycanın mütəxəssisləri tərəfindən layihə üzərində iş gedir. Ümid edirik ki, bu yaxınlarda avtomobil zavodunun açılışı olacaq".
Diplomatın sözlərinə görə, İran Rusiya və Gürcüstandan sonra Azərbaycana ən çox turist gələn üçüncü ölkədir.
"2017-ci ilin 11 ayı ərzində 320 min nəfər iranlı Azərbaycan gəlib. Azərbaycandan İrana gedənlər də çox olub. Bundan əlavə dərman zavodu üzrə işləri davam etdirilir. Prezident tərəfindən səhiyyə sahəsində əməkdaşlıqla bağlı bəzi göstərişlər var.
Yaxın vaxtlarda İran traktor karxanası zavodunun sədri Bakıya gələcək. Azərbaycan və İran səfirlikləri çalışır ki, hər iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün işlər görülsün",-deyə səfir qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: İran Səfir Azərbaycan