Yeni qurumun rəhbəri planlarını açıqladı
“Belə bir qurumun yaradılması bu sahədə islahata ehtiyacın olduğunu ortaya qoydu. Agentliyin əsas vəzifələrindən biri qida təhlükəsizliyi serifikatının verilməsidir ki, bu da idxalçı dövlətin tələbinə uyğun sertifikatlaşdırma əsasında həyata keçiriləcək. Bura MDB, İslam dövlətləri, Avropa İttifaqına daxil olan ölkələr və digələri daxildir. Qarşımıza qoyulan əsas məqsəd idxalçı dövlətin tələbatına uyğun sertifikat təqdim etməkdir. Beynəlxalq qurumlar bizim agentliyi tanımalı və əməkdaşlığı davam etdirilməlidir”.
Q. Təhməzli əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin əsasını bu sahəyə nəzarət təşkil edir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Agentlik Milli-Məclis