“Donorluq haqqında” yeni qanun qəbul edilə bilər
Komitə sədri bildirib ki, dəyişikliklər “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda da əksini tapa bilər.
Deputat qeyd edib ki, Rusiya və Türkiyə kimi ölkələrdə ölən şəxsin qohumlarının razılığı ilə onun orqanları götürülür: “Azərbaycanda da belədir. Elə ölkələr var ki, insan ölən kimi orqanlarını götürürlər, bu, düzgün deyil”.
Komitə sədri, həmçinin Azərbaycanın beynəlxalq donor banklarına qoşulmasının vacibliyinə toxunub. O deyib ki, bunun üçün qanunvericilik təkmilləşdirilməlidir.
Ə.Əmiraslanov vurğulayıb ki, ölkədə kök hüceyrə mərkəzləri yaradılmalıdır: “Bu istiqamətdə Azərbaycan çox geridədir. Türkiyənin 100-dən artıq kök hüceyrə mərkəzi fəaliyyət göstərir”.
AzVision.az
Teqlər: Milli-Məclis