Deputatdan orqan köçürülməsi ilə bağlı təkliflər
Deputatın sözlərinə görə, bu sahədə milli koordinasiya mərkəzinin olması vacibdir ki, iş pərakəndə şəkildə həyata keçirilməsin.
M.Quliyev orqan və (və ya) toxumalarının transplantasiyası ilə bağlı reyestrin yaradılmasının vacib olduğunu vurğulayıb:
“Yəni kimə, nə zaman orqanlar köçürülməlidir, müzakirə olunmalıdır. Qanun müəyyən müddəalar yazıla bilər, amma cəmiyyət qəbul etməyəcəksə, bunun əhəmiyyəti olmayacaq. Kimsəsiz şəxslər vəfat etdikdən sonra orqanlarının götürülməsi məsələsi müzakirə olunmalıdır. Vacib məsələlərdən biri də konfidensiallığın qorunmasıdır. Bəzi insanlar istəmir ki, bu, açıqlasın. Bəzən olur ki, hansısa insan orqanını kiməsə verir, sonra həmin insanın orqanlarında problemlər yaranırsa, ona müəyyən güzəştlər tanınmalıdır. Həmçinin köçürülə bilən orqan və toxmaların siyahısı genişləndirilməlidir”.
Deputat Səhiyyə komitəsinin tərkibində işçi qrupun yaradılmasını təklif edib: “Ya yeni qanun hazırlanmalıdır, ya mövcud qanun təkmilləşdirilməlidir”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Musa-Quliyev