Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb
İclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqları müzakirə edəcəklər. İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri "Cənub Qaz Dəhlizi"nə dair məsələlər daxil olmaqla, enerji əməkdaşlığı məsələsini müzakirə edəcəklər. İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.
AzVision.az
Teqlər: Aİ Azərbaycan XİN