Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və martın 9-u saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Müsabiqəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 vakant vəzifə), Dövlət Statistika Komitəsi (51 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (46 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (6 vakant vəzifə), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vakant vəzifə), Tarif Şurasının Katibliyi (1 vakant vəzifə), Sumqayıt Apelyasiya Məhkəməsi (3 vakant vəzifə), Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi (2 vakant vəzifə), Sabirabad Rayon Məhkəməsi (4 vakant vəzifə), Lerik Rayon Məhkəməsi (2 vakant vəzifə), Cəbrayıl Rayon Məhkəməsi (2 vakant vəzifə) vakant yer təqdim edib.
Müsabiqəyə çıxarılmış 193 vakant inzibati vəzifədən 8-i BA vəzifə qrupu, 185-i isə BB vəzifə qrupuna uyğundur.
AzVision.az
Teqlər: DİM Müsahibə Dövlət-Qulluğu