965 əlilə protez-ortopedik məmulatlar verilib
İlin ilk ayında ümumilikdə 965 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onların 95 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanlar təşkil edib.
Stasionar şəraitdə bərpa xidmətlərinin göstərilməsi işləri də davam etdirilib. Yanvar ayında Protez-Ortopedik Bərpa Mərkəzinin stasionar bölməsinə 61 nəfər əlilliyi olan şəxs qəbul edilib. Onlar ehtiyac duyduqları reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s.) ilə təmin olunublar.
AzVision.az