Prezident: “2018-ci il sürətli inkişaf ili olacaq”
AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı deyib.
Xarici siyasətlə bağlı yürüdülən siyasətin özünü doğrultduğunu, Azərbaycanın dostlarının sayının çoxaldığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, müsəlman aləmində çox böyük dəstək qazanıb, Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb.
Prezident gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının qeyri-neft sektoru ilə bağlı olduğunu vurğulayıb, 2018-ci ilin sürətli inkişaf ili olacağına əminliyini ifadə edib.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident YAP Qurultay