“Tarixi torpaqlara qayıdış bizim hədəfimizdir” - İlham Əliyev
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan prezident deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir: “Bizim ən böyük dəyərimiz müstəqilliyimizdir və müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevdir. Azərbaycanın bu yolla uğurla gedir”.
Ölkə rəhbəri bildirib ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması gələcək illərdə də diqqət mərkəzində saxlanacaq.
Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, Cənub Qaz layihəsinin əhəmiyyətindən danışan dövlət başçısı ölkənin malik olduğu iqtisadi güc və resursların siyasi müstəqilliyimizi də gücləndirdiyini vurğulayıb.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident YAP Qurultay