İcra başçısının qəza xəbəri yalan çıxdı

İcra başçısının qəza  xəbəri yalan çıxdı
  30 Sentyabr 2013    Oxunub:1078
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin avtoqəzaya düşməsi barədə yayılan xəbər yalandır.

Bu barədə AzVision.az- a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev Elmar Vəliyevin avtoqəza keçirməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, xəbər əsassızdır və heç bir mənbəyi olmadığı halda yayılıb :`Bu xəbərin yayılmasını qəti pisləyirik. İnformasiya yalandır`.

Qeyd edək ki, mətbuatda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin avtomobil qəzasına düşməsi barədə xəbər yayılıb. Məlumata görə, hadisə E.Vəliyev axşam xidməti maşını ilə işdən evə gedərkən baş verib. Qəzaya E.Vəliyevin sürücüsünün BMW markalı 20 AA 001 dövlət nömrə nişanlı xidməti maşını sürətlə idarə etməsi səbəb olub. İcra başçısının oturduğu avtomobil 4.5 m dərinliyində olan çalaya düşüb. Qəza nəticəsində BMW ciddi əzilib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti