İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir
Layihədə bildirilib ki, bu, Avropa Şurasının Pullarının Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarçşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb.
2017-ci il 14 aprel tarixində “Cinayət yolu ilə əldə edilmiş pul və vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliyə əsasən, bütün fiziki və hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulmasına üzrə təədbirlər görməli və bui barədə ddərhal maliyyə monitorinqi orqanlnı məlumat verməlidirlər. Layihə qeyd edilən qanunun icra məqsədilə hazlırlanıb.
Dəyişikliyə əsasən, yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər.
Maddənin həmin bəndinə əsasən, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis