Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və.s qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri daxildir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.
Plenar iclasda, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə baxılacaq.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Plenar İclas