“Koroğlu” yarımstansiyası hazırdır

“Koroğlu” yarımstansiyası hazırdır
  30 Sentyabr 2013    Oxunub:1062
Nərimanov rayonu ərazisində tikilən “Koroğlu” yarımstansiyanın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, “Bakıelektrikşəbəkə” ASC-nin yaydığı məlumata görə, 35/6 kilovoltluq (kv) 2 mərtəbəli yarımstansiyada 2x25 meqavat-amper (MVA) gücündə transformatorlar quraşdırılıb.

Yarımstansiyanın zirzəmisində kabellər kanallar vasitəsilə çəkilib. Birinci mərtəbədə 6 kv-luq 4 bölmə, 2-ci mərtəbədə isə 35 kv-luq 2 bölmə qurulub. İşçilər üçün 6 otaq inşa edilib. Bu yarımstansiya qapalı tiplidir.

Otuz beş kv-luq dairəvi sistemin tərkib hissəsi olan bu yarımstansiya Mərkəzi Dispetçer Xidmətinə qoşulub.

“Koroğlu” yarımstansiyası Dərnəgül yolunun genişləndirilməsi ilə əlaqədar yol infrastrukturunu, Olimpiya şəhərciyini, həmçinin Heydər Əliyev prospektində inşa olunan yeni obyektləri elektrik enerjisi ilə təchiz edəcək. Yarımstansiyada müasir standartlara cavab verən mühafizə sistemi quraşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti