“Bayıl sakinləri üçün məktəblərdən pul yığılmayıb” - RƏSMİ
Məlumatda qeyd edilib ki, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.
“Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib. Qeyd edək ki, məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir”.
Aytən Zəhra
AzVision.az