Bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntusu aşkar edilib
Nazir müavini bildirib ki, 2017-ci ildə 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub: “Bunların bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb”.
V.Zahirov qeyd edib ki, bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları müəyyən olunub: “24 belə fakt olub. Həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat bələdiyyəsində, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı, Zərdab rayonununda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. 2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub. Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Ədliyyə-Nazirliyi Bələdiyyə