MSK-da iclas
AzVision.az Trend-ə istinadən xəbər verir ki, iclasda "Demokratik Qüvvələrin Milli Şurası"nın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri və Azərbaycan Demokrat, Milli Dirçəliş Hərəkatı və Ümid partiyalarından seçkilərdə vəkil edilmiş şəxslərin qeydiyyatı məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova komissiyaya həmin şəxslərlə bağlı təqdim olunan sənədlər haqqında məlumat verdikdən sonra müvafiq qərarlar qəbul olunub.
Daha sonra MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Teqlər: