İlham Rəhimova vəzifə verildi

İlham Rəhimova vəzifə verildi
  29 Sentyabr 2013    Oxunub:1553
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) növbəti iclası olub.
AAK-nın Rəyasət Heyətinin iclasında komissiyada fəaliyyət göstərən Ekspert Şuralarının strukturuna və onların tərkibinə baxılıb.

Hüquq və İqtisadiyyat məsələləri üzrə Ekspert Şurası ləğv olunub. Hüquq məsələləri üzrə Ekspert Şurası müstəqil status alıb.

Tanınmış hüquqşünas alim, hüquq elmləri doktoru, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, professor İlham Rəhimov AAK-ın Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin olunub. Ekspert Şurasının yeni tərkibi təsdiq olunub.

Xəbəri dəqiqləşdirmək üçün İlham Rəhimovun özü ilə əlaqə saxlamaq istəsək də öyrəndik ki, professor hazırda Azərbaycanda deyil.(Musavat.com)


Teqlər:  





Xəbər lenti