`Ötən dəfəki mitinqdən 2 dəfə az adam gəlmişdi`
Onun sözlərinə görə, mitinqdə səsləndirilmiş fikirlər də oraya toplaşmış insanlara təsiretmə gücündə olmayıb.
"Bildiyiniz kimi, radikal müxalifət avqustun 18-də 20-ci sahədə mitinq keçirdi və o zaman insanlar onlara dəstək vermədiklərini nümayiş etdirdilər. Sentyabrın 22-də İnşaatçılar metrosunun yaxınlığında daha bir mitinq keçirdilər və bu zaman da çox məhdud sayda insan orada iştirak etdi. Rəsmi statistikada 2000 göstərilsə də, jurnalistləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarını çıxsaq yerdə cəmi 1500 insan qalırdı. Məhz, bu qədər sayla mitinq keçirən prezidentliyə namizəd seçkilərdə sıfırın altında nəticə əldə etmək haqqında düşünməlidir" - deyə Qurbanlı söyləyib.
Qurbanlı bildirib ki, mitinqdə iştirak edən Əli Kərimli özü etiraf edib ki, xalq onlara dəstək vermir.
"Bugünkü mitinqə çox az adam gəlmişdi. Mitinqdə səsləndirilmiş fikirlər insanlara heç bir təsir etmirdi və oraya toplaşmış insanların yavaş-yavaş dağılışdığını görürdük" - deyə Qurbanlı vurğulayıb.
İcra katibinin müavini keçirilmiş mitinqi "sönük siyasi aksiya" da adladırıb.
"Görüntülərdən də görünürdü ki, mitinqdə gənclərin sayı məhdud idi. Milli Məclisə keçirilən seçkilərdə millət vəkilliyinə namizəd şəxs daha çox tərəfdarla mitinq keçirə bilir" - deyə Qurbanlı deyib.
Qurbanlı mitinqdə iştirak edənlərin sayı ilə bağlı da bildirib ki, orada 500 nəfər insan iştirak edib.
"Müxalifətin bu dəfəki mitinqində 500 nəfər tərəfdar iştirak edirdi. Orada tərəfdarlarla yanaşı, tamaşaçı da, jurnalistlər də, hüquq-mühafizə orqanlarının əməkdaşları da və digər kateqoriyadan olan insanlar iştirak edirdi. Bütövlükdə, müxalifətin budəfəki mitinqində ötən dəfəkindən 2 dəfə az tərəfdar iştirak edirdi" - deyə millət vəkili vurğulayıb.
O, əlavə edib ki, bu dəfəki mitinqdə də Seçki Məcəlləsinin tələblərinə zidd çağırışlar və fikirlər səsləndirilib.(trend)
Teqlər: