Hindistan səfirindən Qarabağ açıqlaması: "Ən doğru yol budur"
S.Rananın sözlərinə görə, sülh danışıqları belə münaqişələrin həlli üçün ən doğru yoldur: "Biz tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyirik. Hindistan hər zaman ərazi bütövlüyü və suverenlik prinsiplərini dəstəkləyib".
Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına və regionda sülhün hökm sürəcəyinə ümid etdiyini vurğulayıb.
AzVision.az