Qarabağda erməni əsgər yaralanıb - Vəziyyəti ağırdır

 Qarabağda erməni əsgər yaralanıb - Vəziyyəti ağırdır
  20 Yanvar 2018    Oxunub:11567
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birində xidmət edən erməni əsgər ağır vəziyyətdə Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi hərbi hospitalına yerləşdirilib.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Artur Minasyan adlı erməni "Facebook" istifadəçisi məlumat yayıb.

"Dağlıq Qarabağın hərbi hissələrindən birində xidmət edən yeni çağırışçı Ernest Hovhannisyan çox ağır vəziyyətdə Muratsani hərbi hospitalına köçürülüb. Səbəbi hündürlükdən düşmə, atılma ola bilər? Məlumatlar var ki, məlum hadisə hərbi hissədə sözlə ifadə edilməyən olayın nəticəsidir. Hadisənin gizlədilmə tendensiyaları var. KİV-ləri və hüquq müdafiçilərini bu hadisəyə diqqət göstərməyə dəvət edirəm".

Qeyd edək ki, Minasyanın açıqlamasından sonra Ermənistanın Müdafiə Nazirliyi hadisəni gizlədə bilməyib. Nazirliyin mətbuat katibi Artsrun Hovhannisyan KİV-lərə açıqlama verərək faktı təsdiqləyib. Bildirib ki, vəziyyəti ağır olan gənc əsgər hərbi hospitaldadır.

Hovhannisyan hadisənin araşdırıldığını deyərək, əlavə məlumat verməyib.

AzVision.az


Teqlər: Qarabağ   Erməni   Əsgər   Yaralı   Hospotal  





Xəbər lenti