Şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut

Şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut
  20 Yanvar 2018    Oxunub:2572
Azərbaycanda bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzVision.az-ın məlumatına görə, nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar siqnal verib.
20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 28 il keçir.



AzVision.az


Teqlər: 20-Yanvar  





Xəbər lenti