"Siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar" - Məzahir Pənahov

"Siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar" -  Məzahir Pənahov
  20 Yanvar 2018    Oxunub:1864
"Siyasi partiyalar 2017-ci il üzrə maliyyə hesabatını ilin əvvəlindən göndərməyə başlayıblar"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, ötən il bəzi siyasi partiyalar məlumat göndərməyib: "Biz çalışırıq ki, bu prosesi qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Amma eyni zamanda ümumi mövqeyimiz ondan ibarətdir ki, kəskin mövqe tutmaq tezdir. 2017-ci ili iki il əvvəllə müqayisə etsək, müsbətə doğru ciddi fərqlərin olduğunu görmək olar. Hiss olunur ki, siyasi partiyalar bu məsələlərə ciddi yanaşırlar".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Məzahir-Pənahov  





Xəbər lenti