Hərbi qulluqçumuz şəhid oldu

Hərbi qulluqçumuz şəhid oldu
  19 Yanvar 2018    Oxunub:6210
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.
Bu barədə AzVision.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   cəbhə   şəhid  





Xəbər lenti