Nazirlik Ombudsman Aparatı ilə birgə plan imzalayıb
İl ərzində Müdafiə Nazirliyin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində “Ombudsman təsisatı və hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, eləcə də insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə bir sıra görüşlər keçiriləcəkdir.
Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və Ombudsman Aparatının Hərbi Qulluqçuların Hüquqlarının Müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə təşkil olunacaq tədbirlərdə bir çox məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.
AzVision.az
Teqlər: Ombudsman Müdafiə-nazirliyi