136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır
AzVision.az-ın məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda bildirilib.
Bildirilib ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılmsı işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb.
AzVision.az
Teqlər: Yavər-Camalov Nazirlik Hesabat