“6 avroya alınan təkəri 50 manata satırlar” - Komitə sədri

“6 avroya alınan təkəri 50 manata satırlar” - Komitə sədri
  19 Yanvar 2018    Oxunub:8464
“Əvvəllər işlənmiş avtomobil şinlərinə görə gömrük rüsumu 3 ABŞ dolları idisə, yanvarın 1-dən qiymət 10 dollar olub"

AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib. Komitə rəsmisi qeyd edib ki, müvafiq qərar noyabr ayında verilsə də, bununla bağlı hələ rəsmi şikayət daxil olmayıb.
“Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, amma 150-200 nəfər Gömrük Komitəsinin qarşısında aksiyaya gəlib. Bazar iqtisadiyyatında hər hansı məhdudiyyət yoxdur. Hökumət tərəfindən verilən qərar icra edilməlidir. Ümumilikdə isə 500-dən çox gömrük rüsumu dəyişdirilib”.

Gömrük komitəsinin sədri Aydın Əliyev də komitənin qarşısında keçirilən aksiyaya münasibət bildirib. O, qeyd edib ki, aksiyanı ictimai asayışı pozmaq kimi qiymətləndirir:

“Əgər sən 6 avroya aldığın məhsulu burada 50 manata satırsansa, o zaman niyə 7 dollarlıq artımı ödəmirsən? Komitə qarşısına toplaşanlardan sənəd istəyəndə isə cəmi 11 nəfər sənəd verir, digərləri qaçır. Burada yeganə məqsəd gömrük orqanlarının fəaliyyətinə mənfi təsir göstərməkdir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gömrük-Komitəsi  





Xəbər lenti