“Azərişıq”a bir ildə 140 min müraciət edilib
Həmin 140 min müraciətin çüzi hissəsi - sənətlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.
Göstərilən 10 xidmət arasında heç şübhəsiz əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır ki, bu sahə üzrə 33 min müraciət daxil olub. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla 33 min müraciətdən hamısı icra edilib və 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.
“Azərişıq” ASC “ASAN” xidmətlə birgə əməkdaşlığı 2018-ci ildə davam etdirilməklə yanaşı daha da dərinləşdiriləcək və bu səhədə yeniliklər həyata keçiriləcək.
AzVision.az
Teqlər: Azərişıq