Naxçıvanın Ədliyyə Nazirliyi hesabat verdi
Bildirilib ki, Qeydiyyat və notariat şöbəsi tərəfindən 2017-ci il ərzində 1 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 5 qeyrikommersiya hüquqi şəxs reyestrdən çıxarılıb. Qeyri-kommersiya hüquqi şəxslərin reyestrinə 3 dəyişiklik edilib. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması ilə bağlı 21 min 58 manat rüsum dövlət büdcəsinə ödənilib.
Məhkumların əməyə cəlb olunması məqsədilə 17 məhkum əməyi ödənilməklə təsərrüfat işlərinə, 22 məhkum “Yaradıcılıq və istehsalat” binasında müxtəlif əl işlərinin düzəldilməsi işinə, eləcə də 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən 10 nəfər digər ödənişli işlərə cəlb edilib.
AzVision.az