Elmin İnkişafı Fondunda 20 Yanvar anılıb
Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı göstərdiyi güclü siyasi iradəni xüsusi qeyd edib, bu faciənin xüsusi detallarının gələcəkdə daha da dərindən araşdırılacağına əmin olduğunu bildirib.
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi-təşkilat şöbəsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli də çıxış edərək 20 Yanvar hadisəsinin siyasi, hüquqi və sosial aspektlərindən danışaraq bu günün gənc nəsil üçün vətənpərvərlik örnəyi olmasını qeyd ediblər.
Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr edilmiş qısa film nümayiş etdirilib.
AzVision.az
Teqlər: Elmin-İnkişafı-Fondu