Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır
Rəsmi məlumatda qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir: “Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.
Qeyd edək ki, Ermənistan mətbuatı 1987-ci il təvəllüdlü Adibek Mikoyanın Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralandığı barədə məlumat yayıb.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Ermənistan