Moskvadakı əlverişsiz hava AZAL-ın işinə təsir etməyib

Moskvadakı əlverişsiz hava AZAL-ın işinə təsir etməyib
  18 Yanvar 2018    Oxunub:1262
Moskvada müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar 10-dan çox reys təxirə salınıb, 11 təyyarənin uçuşunda isə ləngimələr yaranıb.
Məlumata görə, “Domodedova” hava limanında 13 reys təxirə düşüb, 4 reys gecikir, bu dəqiqələrdə “Şeremetova” hava limanında 7 reys ləngiyir.

Rusiyada hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xisdmətinin rəhbəri Paşa Kəsəmənski AzVision.az-a bildirib ki, Bakıdan Moskvaya uçuşlarda hər hansı problem yoxdur. Həmçinin uçuş vaxtında gecikmələr müşahidə edilmir.

Aytən Zəhra
AzVision.az


Teqlər: AZAL  





Xəbər lenti