AzVision.az-ın Ordu.az-a istinadən verdiyi məlumata görə, araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan dünən gün saat 13:00-da Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqeyində yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.
Qeyd edək ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü ərərfəsində dünən baş vermiş hadisənin erməni KİV-ləri tərəfindən məhz bu gün işıqlandırılması təxribat xarakteri daşıyır.
AzVision.az