Alpinistlərin axtarışı bu gün də nəticəsiz qaldı - FOTOLAR

Alpinistlərin axtarışı bu gün də nəticəsiz qaldı - FOTOLAR
  17 Yanvar 2018    Oxunub:2009
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam edib.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.









AzVision.az


Teqlər: FHN   Alpinist   Qərargah   Axtarış  





Xəbər lenti