Suriyadan 20 min erməni Qarabağa köçürülür
![Suriyadan 20 min erməni Qarabağa köçürülür Suriyadan 20 min erməni Qarabağa köçürülür](https://azvision.az/photos/2014-12-19-00-30-05sussss.jpg)
“Onların bəziləri Ermənistanda yerləşdirilir, bir hissəsi isə Dağlıq Qarabağda. Ermənilər bu cür faktları gizli saxlayır”.
H. Hacıyev əlavə edib ki, qondarma rejim üçün pul və sikkələrin çapı XİN-nin diqqətində olan məsələdir. Belə ki, bu pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımlar atılır.
XİN rəsmisi, həmçinin Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsi məsələsinədə toxunub: “ Bu müzakirə mövzusudur, amma ermənilər bütün səyləri ilə buna mane olmağa çalışır. Çünki əvvəlki missiyalarda ermənilərin bu ərazilərdə qanunsuz fəaliyyəti, o cümlədən bu torpaqlarda qanunsuz şəkildə əhalinin məskunlaşmasını həyata keçirdiyi sübuta yetirilib. Bu münaqişənin nizamlanmasında vasitəçi kimi fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə müəyyən addımlar atmalıdır”.
AzVision.az