Labib: "Yaxın Şərqdəki vəziyyət gündəm məsələmizdir"

    Labib:    "Yaxın Şərqdəki vəziyyət gündəm məsələmizdir"
  24 İyun 2024    Oxunub:1024
"Atəşkəs çağırışlarına baxmayaraq, Yaxın Şərqdə vəziyyət günbəgün ağırlaşır".
AzVision.az xəbər verir ki, bu sözləri Belçikanın xarici işlər naziri Haca Labib Avropa İttifaqı üzv ölkələrin XİN rəhbərlərinin paytaxt Brüsseldə keçirilən aylıq görüşündən qabaq mətbuata açıqlamasında dilə gətirib.

"Tərəflərin hərbi əməliyyatları dayandırmaları üçün bütün imkanlardan yararlanmaq lazımdır. İclasda bu məsələ ilə bağlı da müzakirə aparacağıq", - xanım nazir vurğulayıb.
Berbok: "İsrail və "Hizbullah" arasındakı gərginlik narahatlıq doğurur"

Sözügedən iclasa qoşulan digər bir sıra diplomat, o cümlədən Josep Borrel və Annalena Berbok Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlıqlarını dilə gələrək, müharibənin Livana, hətta mümkün dərəcədə Avropaya yayılması riskini diqqətə çatdırıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:     Belçika   Livan   Yaxın-Şərq   müharibə  





Xəbər lenti