Temperatur 5-9 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
![Temperatur 5-9 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Temperatur 5-9 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ](https://azvision.az/photos/2024/06/667a8cf89fa5c667a8cf89fa5d1719307512db92620d3ccfb474aec36f8ce82be1a5-1719307773.jpg)
Azərbaycanın rayonlarında iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
AzVision.az
Teqlər: